İdman
"Çelsi"ni satan Abramoviç özünə gələ bilmir: O, övladını itirib
"Çelsi"nin keçmiş futbolçusu Con Obi Mikel Roman Abramoviçin hələ də klubunun satılmasına təəssüfləndiyini bildirib.
Publika.az xəbər verir ki, nigeriyalı futbolçu rusiyalı milyerdirin övladını itirmiş kimi üzüldüyünü qeyd edib:
“Onun futbol klubunu itirməsi təəssüf doğurur. Mən hələ də ona yaxın insanlarla danışıram və bu, hələ də onu incidir. Abramoviç hələ də baş verənlərə qəzəblidir. "Çelsi" onun övladı idi. O, həqiqətən klubu, təkcə oyunçuları deyil, həm də azarkeşləri maraqlandırırdı. Mən bu amerikalı sahiblər haqqında çox şey bilmirəm. Kimsə futbola “sokker” deyirsə, mən onlarla danışmaq istəmirəm. Çünki onlar oyunu başa düşmür.
Roman tamamilə fantastik idi. Baxın, bu adam futbol klubu qurmaq üçün o qədər pul xərcləyib, ən yaxşıları cəlb edib, həmişə bizim zirvədə qaldığımızdan əmin olub. Hər il yarışıb, kuboklar qazanırdıq. Qazanmasaq belə, gələn il bir və ya iki kubok qazanmalı idik".
Qeyd edək ki, Abramoviç 2003-2022-ci illərdə "Çelsi"nin sahibi olub. Onun rəhbərliyi altında London klubu 5 dəfə İngiltərə çempionu, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Həmçinin Çempionlar Liqası və Avropa Liqası kuboklarının hərəsini 2 dəfə muzeyinə aparıb.
Rusiyalı iş adamı Rusiya-Ukrayna müharibəsinə görə İngiltərədə sanksiyalarla üzləşərək "Çelsi"ni amerikalı investor Todd Bolenin rəhbərlik etdiyi konsorsiuma satmaq məcburiyyətində qalıb. O, əldə etdiyi vəsaitin böyük bir hissəsi ilə klubun borclarını bağlayıb.
Heybət
-
İdman22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO
-
Nəqliyyat21:00
Valideynlərə ŞAD XƏBƏR - Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
-
Səhiyyə20:48
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş - FOTO
-
Nəqliyyat20:36
Bakıda inşa ediləcək yeni metro stansiyalarının SAYI AÇIQLANDI
-
Magazin119:24
“Pul köçürsünlər, adlarını çəkim”
-
Region19:12
Ərdoğan TAPŞIRIQ VERDİ: Qəzza sektorunda beş girov azad edildi - FOTO
-
Səhiyyə18:48
Bu tərəvəzin şirəsi ürək və damar xəstəlikləri riskini KƏSKİN AZALDIR