"Qarabağ" mövsümün son avrokubok matçına çıxır
Bizi izləyin

İdman

"Qarabağ" mövsümün son avrokubok matçına çıxır

“Qarabağ” bu gün Avropa Liqasının cari mövsümündə sonuncu matçına çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu 8-ci tur çərçivəsində səfərdə “Olimpiakos”la üz-üzə gələcək. Yunanıstan təmsilçisi ilə qarşılaşma Pireydəki “Georgios Karaiskakis” stadionunda baş tutacaq. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Keçirdiyi oyunlarda cəmi bir qələbəsi olan Azərbaycan çempionu hazırda 3 xalla 34-cü pillədə qərarlaşıb. “Olimpiakos” isə Liqa mərhələsində keçirdiyi əvvəlki 7 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda hazırda 12 xalla 12-ci pillədədir.

Avropa Liqası, 8-сi tur
30 yanvar

00:00 Olimpiakos – Qarabağ
Baş hakimr: Radu Petresku (Rumıniya).
Hakim-inspektor: Gediminas Mazeyka (Litva).
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina).
“Georgios Karaiskakis” stadionu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm