Avropa
Sakinlər bu adanı kütləvi şəkildə tərk edirlər - Nədən qorxurlar?
Sakinlər zəlzələlər səbəbindən Yunanıstanın Santorini adasını kütləvi şəkildə tərk edir. Buna görə də, limanda növbələr yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Naftemporiki” xəbər portalı məlumat yayıb.
"Santorininin Athinios limanında böyük növbələr yaranıb, çünki yüzlərlə yerli sakin və adaya gələn vətəndaşlar davam edən seysmik fəaliyyət və daha güclü zəlzələ və ya vulkanların yenidən oyanması qorxusu səbəbindən bərələrlə yola düşməyə hazırlaşırlar", - məlumatda deyilir.
Son iki gündə bölgədə 200-dən çox zəlzələ baş verib. Bazar ertəsi Santorini və Egey dənizindəki Kiklad arxipelaqının bir sıra digər adalarında məktəblər bağlanıb.
Vətəndaşlara binaların içərisində toplaşmaqdan çəkinmələri tövsiyə olunur. Santorini sakinlərinin çoxu qorxusundan gecəni avtomobillərdə və çadırlarda keçirib.
Tural
-
Sağlamlıq12:46
İnsanlar üçün QORXULU GÜN: Fevralın 8-də...
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb
-
Nida Xəbər 09:54
DİN və DSX-dən birgə əməliyyat: iranlı balıqçılar saxlanıldı - VİDEO
-
Dünya09:12
Alimlər dəhşətli təhlükə ilə bağlı xəbərdarlıq etdilər: Çox tez baş verdi
-
Magazin108:50
Onların arası buna görə dəyibmiş: "Fərda dedi ki, onun torbasını tikmişəm"
-
Nəqliyyat08:25
Bu yollarda tıxac var - Siyahı
-
ABŞ07:35
Trampın oğlu nadir quşları ovladı