Avropa
Zelenski Rusiya ilə yeni məhbus mübadiləsini TƏSDİQLƏDİ
Rusiya və Ukrayna yeni hərbi əsir mübadiləsi həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
"İstanbulda razılaşdırıldığı kimi xalqımızın geri qaytarılmasını davam etdiririk. Bu gün ağır yaralı və yaralı əsgərlərimizin Rusiya əsirliyindən qayıtmasının birinci mərhələsidir. Onların hamısının təcili tibbi yardıma ehtiyacı var.", - deyə o, bunu mühüm humanitar akt adlandırıb.
Zelenski qeyd edib ki, məhbuslar artıq Ukraynaya qayıdıblar. Onların arasında Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələrinin, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, sərhəd xidmətinin və xüsusi nəqliyyat xidmətinin hərbçiləri var.
"Mübadilələr davam etməlidir. Ukrayna hakimiyyəti hər kəsi əsirlikdən tapmaq və geri qaytarmaq üçün hər şeyi edir", - ölkə prezidenti əlavə edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin ikinci qrupunun Ukrayna ərazisindən geri qayıtması barədə məlumat yayıb .
İyunun 9-da 25 yaşadək hərbi qulluqçuların birinci qrupu dəyişdirilib.
Hüseyn İbadlı
-
Sosial21:00Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR
-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı















.jpg)



.jpg)
.jpg)







.jpg)










