Sosial
"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür.
Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.
Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə "komendant pulu" termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən "ayrı-seçkilik" prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.
Publika.az xəbər verir ki, bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib.
“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.
Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil:
“Qonşuların yaratdığı müştərək cəmiyyətlər mülki məcəllə ilə tənzimlənsə də yenə mexanizm fayda vermir. O zaman hər hansı problemin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Aylarla çəkən məhkəmə prosedurunu gözləmək məntiqə uyğun deyil. Hansısa kiçik binada qonşular bir-birlərinə yaxın olduqları üçün bu mümkün ola bilər. Amma yaşayış komplekslərində insanlar tanış da deyillər. Kimdənsə pul istəmək çətin məsələdir. Hətta bilərəkdən ödəniş etməyənlər olur. Mənzil Tikinti Kooperativləri (MTK) də düzgün işləmir. Öz tanıdıqları adamları mənzil satırlarsa, əlbəttə, onlardan kommunal xidmət haqqı almayacaqlar. Nəticədə digər qonşuların ödənişləri çoxalır”.
Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir:
Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.
Rövşən Muradov köhnə binaların idarəçiliyi və bələdiyyə institutunun zəifliyi barədə də faktları xatırladıb:
“O ki qaldı sovet dövründə inşa edilmiş binalara, onlara hələ Mənzil Kommunal İstismar idarələri baxır. İdarənin yığdığı vəsaitə nəzarət mexanizmi isə yoxdur. Ümumiyyətlə “JEK” adlandırılan qurumlar 2009-cu ildən ləğv edilib. Az sayda qalanlar hansısa kabinetlərin xətti ilə mövcuddur. Ölkədə bələdiyyə də özünü doğrultmadı. Qanunvericilklə yaşayış zonalarında bəzi xidmətlər – binaların fasadının təmiri, təmizlik kimi işlər bələdiyyə orqanlarının vəzifə borcuna aiddir”, - deputat deyib.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI



































