Nida Xəbər
“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” - Müşavirədə maraqlı dialoq
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Müşavirədə çıxış edənlərdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olub.
Publika.az xəbər verir ki, o, görülən işlərlə bağlı çıxış edən zaman Prezidentə bir xahişlə müraciət edib.
- Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.
Prezident İlham Əliyev:
- Buyurun.
Zaur Mikayılov:
- Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir. Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir”.(“Yeni Sabah”)
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI







.jpg)



























