Region
Ermənilərin köçü: Bu ölkə liderdir
Rusiya ermənilərin Ermənistana repatriasiyasına görə birinci yerdədir.
Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Ermənistanın Diaspora İşləri üzrə Ali Komissarı Zare Sinanyan bildirib.
Sinanyan izah edib ki, “Rusiya bu baxımdan həmişə lider olub, çünki orada çoxlu sayda həmvətənimiz var və onlar həm coğrafi, həm də mənəvi cəhətdən daha yaxındırlar".
Onun sözlərinə görə, köç edənlərin sayına görə ikinci yerdə Yaxın Şərq, xüsusən də Suriya, Livan və İran qərarlaşıb. Üçüncü qrupa ABŞ, Fransa, Argentina və Avstraliya daxildir.
Sinanyan həmçinin qeyd edib ki, repatriasiya nisbətləri 2025-ci ildə sabit qalıb. Lakin ermənilərin vətənlərinə ən böyük axını Ukrayna böhranı fonunda - 2022-2023-cü illərdə baş verib.
Tural
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu


































