Avropa
Muzeydə TARİXİ ANLAŞMA - Nüvə silahlarından tutmuş...
Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer iki ölkə arasında yaxınlaşmanın səbəbi kimi açıq şəkildə Rusiyanı göstərərək tarixi müdafiə tərəfdaşlığı sazişi imzalayıblar.
Publika.az xəbər verir ki, sənəd Londonun Viktoriya və Albert Muzeyində imzalanıb.
Mertsin sözlərinə görə, bu hadisə Berlin və London arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Starmer isə hərbi, iqtisadi, enerji, təhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığı əhatə edən müqavilənin unikallığını vurğulayıb.
Müqavilə mətnində deyilir ki, ölkələr təcavüz halında bir-birinə kömək etməyi, müntəzəm xarici siyasət məsləhətləşmələri aparmağı və nüvə silahlarından tutmuş iqlim dəyişikliyi və kibertəhlükələrlə mübarizəyə qədər əsas beynəlxalq məsələlər üzrə mövqeləri əlaqələndirməyi öhdələrinə götürürlər.
Avropanın şimalında və şərqində müdafiə və çəkindirmənin gücləndirilməsinə, hərbi-texniki əməkdaşlığın inkişafına və milli silah istehsalçılarının dəstəklənməsinə xüsusi diqqət yetirilir. Hər iki tərəf Avro-Atlantik regionda sülh və sabitliyi birgə qorumağa, NATO və Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətin effektivliyini artırmağa hazır olduqlarını təsdiqləyiblər.
Müqavilə həmçinin Şimal dənizində ehtiyatların çıxarılması sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Hüseyn İbadlı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO


































.jpg)



