Anası şahzadə Diana kimi özünü ÖLÜMÜN PƏNCƏSİNƏ ATDI
Bizi izləyin

Avropa

Anası şahzadə Diana kimi özünü ÖLÜMÜN PƏNCƏSİNƏ ATDI

Anası şahzadə Diana kimi özünü ÖLÜMÜN PƏNCƏSİNƏ ATDI

Britaniya şahzadəsi Harri anası şahzadə Diananın bomba zərərsizləşdirən təşkilata dəstək kampaniyasını təkrarlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, şahzadə Harri Anqolaya gəlib və gülləkeçirməz jiletdə hələ də minaların olduğu tarladan keçib. Bu, onun keçmiş döyüş bölgələrini minalardan təmizləyən Halo Trust xeyriyyə təşkilatına diqqəti cəlb etmək üsulu idi.

1997-ci ildə Harrinin anası Şahzadə Diana da Anqolada minalanmış sahədən keçib.

İyulun 13-də Böyük Britaniya kralı III Çarlz və şahzadə Harrinin köməkçiləri Londonda qapalı görüş keçiriblər .

Mənbələrin məlumatına görə, görüş Britaniya monarxı ilə əlaqəli özəl klubda baş tutub. Tərəflər açıq və sakit söhbətlə məhdudlaşaraq, rəsmi gündəm müəyyən etməyiblər. İştirakçılardan birinin sözlərinə görə, hər iki tərəf çoxdan yığılmış məsələləri müzakirə etmək istəyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm