Orban ciddi MESAJ VERDİ: "O zaman öz sözümü deyəcəyəm"
Bizi izləyin

Avropa

Orban ciddi MESAJ VERDİ: "O zaman öz sözümü deyəcəyəm"

Orban ciddi MESAJ VERDİ: "O zaman öz sözümü deyəcəyəm"

"Vəziyyət geri dönüşü olmayan həddə çatacağı təqdirdə Macarıstan Avropa İttifaqından çıxmağı düşünə bilər"

Publika.az xəbər verir, Macarıstanın Baş naziri Viktor Orban "Ultrahang"a açıqlamasında deyib.

O, Macarıstanın Aİ-yə üzvlüyündən danışaraq deyib ki, nəzəri cəhətdən müəyyən məqam var, ondan sonra bu ittifaqa üzv olmağın mənası olmayacaq.

“Macarıstan seçicilərinə bir şey vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, öz sözümü deyəcəyəm”, - o, hələlik belə bir ehtiyac görmədiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, dünya "transatlantik parçalanma" adlandırdığı iki hissəyə bölünüb. Buna əsasən, Avropaya xas mütərəqqi-liberal tərəf və ABŞ-ın başçılıq etdiyi mühafizəkar-millətçi tərəf var.

“Avropa müharibənin tərəfdarıdır, Amerika sülh tərəfdarıdır və parçalanmalar artır, vəziyyət qeyri-sabitdir”, - Orban əlavə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm