Prezident Rusiya ilə Aİ arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi
Bizi izləyin

Avropa

Prezident Rusiya ilə Aİ arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

Prezident Rusiya ilə Aİ arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Onlar (Avropa İttifaqı – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql etdiyi dövrdə belə. Biz heç vaxt öz xidmətlərimizi Rusiyanın qaz təchizatına bir alternativ kimi təklif etməmişik. Biz sırf kommersiya maraqları əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm