Avropa
Britaniya İsraili Fələstini tanımaqla HƏDƏLƏDİ
İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmasa, Britaniya hakimiyyəti payızda Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə TASS Britaniyanın Baş naziri Kir Starmerin ofisinə istinadla məlumat yayıb.
“İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, sentyabr ayında BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanıyacağıq”, - Bəyanatda deyilir.
Bundan əlavə, London Təl-Əvivi Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmamağa, həmçinin İordan çayının qərb sahilindəki əraziləri ilhaq etməkdən çəkinməyə çağırır.
İyulun 24-də Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir. O qeyd edib ki, hazırda Qəzza zolağında döyüşlərə son qoymaq və mülki əhaliyə yardım göstərmək üçün “təcili ehtiyac” var.
Hüseyn İbadlı
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü

































.jpg)



