Fransanın bu şəhəri də cərimə tətbiq etdi: Küçələrdə yarıçılpaq gəzən turistlərə
Bizi izləyin

Avropa

Fransanın bu şəhəri də cərimə tətbiq etdi: Küçələrdə yarıçılpaq gəzən turistlərə

Fransanın bu şəhəri də cərimə tətbiq etdi: Küçələrdə yarıçılpaq gəzən turistlərə

Fransanın kurort şəhərciyi çimərlikdən başqa hər yerdə yarıçılpaq və ya çimərlik paltarında gəzən şəxslərə cərimə tətbiq edib.

Publika.az xəbər verir ki, Fransanın Atlantik okeanı sahilindəki Vendeya bölgəsindəki Les Sables-d'Olonne səlahiyyətliləri, şəhərin ətrafında "yarıçılpaq" gəzənlərə 150 avroya qədər pul cəzası tətbiq etdiklərini açıqlayıblar. Bu barədə mer Yannik Moreau “Facebook”da paylaşım edib.

Moro, xüsusən də yarıçılpaq kişi turistlərin bu cür “ədəbsiz davranışını” tənqid edib.

"Bu, insanların öz şəhərlərində yarıçılpaq gəzməsini istəməyən yerlilərə hörmət məsələsidir. Bu, həm də bazarlarımızda, mağazalarımızda və küçələrimizdə əsas gigiyena qaydasıdır", - deyə o yazıb.

Mer yerli polisi qaydaya əməl etməyə çağırıb.

"Əgər sinənizi və ən yaxşı üzgüçülük şortlarınızı nümayiş etdirmək istəyirsinizsə, Les Sables d'Olonnedə 11 kilometrlik çimərlik var", - mer qeyd edib.

Daha əvvəl Qərb sahilindəki başqa bir məşhur tətil yeri olan Arkakonda səlahiyyətlilər, şəhərdə çılpaq gəzənlər üçün 150 avro cərimə tətbiq etmişdilər.

Ölkənin cənubunda, La Grande-Motte şəhərində də çimərlik və ya gəzinti yeri istisna olmaqla, şəhərin hər hansı bir yerində yarıçılpaq gəzənlərə 150 avro cərimə tətbiq edilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm