Avropa
Üstel: Ərazilərimizi güzəştə getməyəcəyik!
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel adanın yunan hissəsinin lideri Nikos Xristodulidesin Qapalı Maraş şəhərinə nəzarət müqabilində ŞKTC-nin Famaqusta limanının Avropa Birliyi tərəfindən idarə edilməsi təklifinə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, ŞKTC-nin ərazisinin bir qarışının belə güzəştə gedilməyəcəyini vurğulayan Ü.Üstel, Qapalı Maraşda zəlzələyə davamlı olmayan bütün binaların da söküləcəyini açıqlayıb.
Üstel deyib: "Xristodulidesin unutduğu bir şey var. Şimali Kipr Türk Respublikasının sərhədləri 20 iyul 1974-cü il tarixində başlayan Kipr Sülh Əməliyyatı nəticəsində şəhidlərin qanı ilə müəyyən olunub".
Kiprdə münaqişənin yeganə həll yolunun “iki dövlətli” modeldən keçdiyini qeyd edən ŞKTR-nin Baş naziri, uzun illər BMT-nin iştirakı ilə davam edən federasiyaya dair danışıqlar prosesinin nəticəsiz qaldığını xatırladıb.
Bir vaxtlar Aralıq dənizinin ən dəbdəbəli turizm mərkəzlərindən biri olan Qapalı Maraş şəhəri 1974-cü ildən etibarən məskunlaşmaya qapalı elan edilib. 2020-ci ildə ŞKTC-dəki bu şəhər qismən turistlərin ziyarətinə açılıb.
-
MDB14:45Rusiya dəhşətli döyüş kadrları yaydı - Kolomiytsı belə zəbt edildi - VİDEO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:28Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu - FOTO
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?


































