Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
Bizi izləyin

Region

Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO

Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO

Türkiyənin İstanbul şəhərində İstiqlal küçəsində təmizlik işləri apararkən görüntüləri sosial şəbəkələrdə geniş yayılan Gülüm Mesutun həyat hekayəsi maraq doğurub. Məlum olub ki, o, əvvəllər media sahəsində çalışıb, altı il əvvəl isə bələdiyyədə işə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) tabeliyində fəaliyyət göstərən İSTAÇ şirkətinin əməkdaşı olan Gülüm Mesut 8 Mart – Beynəlxalq Qadınlar Günündə işə başlayıb. O, hazırda İstiqlal küçəsi, Taksim meydanı və Mecidiyəköy meydanının təmizliyinə cavabdeh olan əməkdaşlar arasında yer alır.

Gülüm Mesut daha əvvəl özəl şirkətlərdən birinin media planlaşdırılması şöbəsində çalışdığını bildirib. Sosial şəbəkələrdə görüntülərinin yayılmasından sonra qazandığı populyarlığın onu təəccübləndirdiyini deyən qadın göstərilən diqqət və xoş rəylər qarşısında duyğulandığını söyləyib.

O, küçə ticarətçilərinin və ərazidə çalışan insanların ona “İstiqlalın gülü” deyə müraciət etdiyini bildirib. O, əməyinin qiymətləndirilməsinin ona əlavə motivasiya verdiyini vurğulayıb.

“İnsan haradan gəldiyini unutmamalıdır. İşimi sevirəm. Halal zəhmətim və alın tərimlə qazandığım çörəyim var. Evə gedəndə vicdanım rahat olur”, – deyə o bildirib.

Qeyd edək ki, Gülüm Mesut sosial şəbəkələrdə məşhurlaşdıqdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini Nuri Aslan tərəfindən də qəbul edilib. Aslan qadınların məşğulluğunun artırılması istiqamətində bu cür nümunələrin dəstəklənəcəyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm