İdman
Dava salan 74 azarkeş saxlanıldı
Rusiyanın Birnci divizionunda “Torpedo”nun “SKA-Xabarovsk” komandasını 2-0 hesabı ilə məğlub etdiyi oyunda baş verən kütləvi dava ilə bağlı 74 nəfər saxlanılıb. Oyun Moskvadakı Eduard Streltsov adına “Torpedo” stadionunda baş tutub.
Publika.az xəbər verir ki, birinci hissənin sonlarında bir qrup “Torpedo” azarkeşi qonaqların olduğu tribunaya hücum edib. Stadionun təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra münaqişə sakitləşdirilib.
TASS Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən bildirib ki, stadionda və ətraf ərazidə ümumilikdə 74 nəfər saxlanılıb və onlara qarşı inzibati xəta ittihamı irəli sürülüb.
Daxili İşlər Nazirliyi qeyd edib ki, oyun zamanı tribunada asayişin qorunmasında polis əməkdaşları iştirak etməyib. Təhlükəsizlik tələblərinə uyğun olaraq, bu, yarış təşkilatçılarının məsuliyyətidir.
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:28Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu - FOTO
-
MDB12:04"Yamal"ın təyyarəsini ildırım vurdu
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?



































