Banklar
Azərbaycanda ləğv ediləcək banklar - SİYAHI
Azərbaycanda ləğvetmə prosesində olan 7 bankın adı məlum olub.
Publika.az “fins.az” saytına istinadən xəbər verir ki, bunlardan 2-nin lisenziyası bu il ləğv edilib. Söhbət “Azərbaycan Kredit Bankı” və “Eurobank”dan gedir.
Digər 5 bank isə əvvəlki illərdə bank sektorundan kənarlaşdırılıb. Bunlar “Atlantbank”, “Borçalıbank”, “Birlikbank”, “Debütbank” və “Royalbank”dır.
Xatırladaq ki, Mərkəzi Bank ölkədə 7 bankın ləğvetmə prosesində olduğunu açıqlayıb. Hansı ki, ilin 2-ci rübündə belə bankların sayı 5 idi.
Məlumatda bildirilir ki, 5 bank zərərlə işləyib. İlin birinci rübündə bank sektorunun cəmi zərəri 4,037 milyon manat olub.
Mərkəzi Bankın 3-cü rübün nəticələrinə həsr olunan statistikasına görə, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəldir.
Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib.
Onu da qeyd edək ki, hazırda iki xarici bankın ölkədə yerli filialı var. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı isə 11-dir. İlin əvvəlindən heç bir banka lisenziya verilməyib. Əvəzində 2 bankın lisenziyası ləğv edilib.
İqtisadiyyat şöbəsi
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.png)










.png)



















