Banklar
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirdi
Unibank KB ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7–8-ci siniflərdə təhsil alan 30 şagirdi iştirak edib.
Publika.az xəbər verir ki, təlimin məqsədi uşaqlara pulu idarə etmək, maliyyə ilə düzgün davranmaq və gündəlik həyatda doğru maliyyə qərarları vermək üçün ilkin bilik və vərdişlər aşılamaq olub. Şagirdlər pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət haqqında məlumat alıblar. Onlar gəliri necə bölmək, ehtiyacı istəkdən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi qazanmaq mövzularında praktik nümunələr üzərində işləyiblər.
Mövzuların asan mənimsənilməsi üçün təlim oyun formatında qurulub. Şagirdlər interaktiv tapşırıqlar vasitəsilə büdcə bölgüsü, qənaət və maliyyə seçimi ilə bağlı situasiyaları həll edərək öyrəndiklərini dərhal tətbiq ediblər. Uşaqlara həmçinin yığımın və əmanətin əhəmiyyəti, gələcək üçün maliyyə planlamasının faydaları izah olunub.
Təlim çərçivəsində şagirdlər “Unibank”ın filialına ekskursiya ediblər. Burada onlar bankın gündəlik işi ilə yaxından tanış olub, müxtəlif bank prosesləri haqqında məlumat alıblar.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Maliyyə savadlılığının erkən yaşdan formalaşması gələcəkdə daha düzgün maliyyə qərarlarının əsasını qoyur. Unibank bu yanaşmanı əsas götürərək maarifləndirici təşəbbüslərini davam etdirir.
Unibank – Sənin bankın!
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi







.jpg)












.jpg)





.png)











