Banklar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.
İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər 200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, “Yığ və qazan” lotereyası 8 oktyabr 2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. “Yığ və qazan” lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
Lotereyanın növbəti tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.
I tirajın qaliblərinin siyahısı: http://www.b-b.az/bbsvptrj
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək

























.jpg)














