Banklar
Unibank və BANM arasında anlaşma memorandumu imzalandı - FOTO
“Unibank” KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Publika.az xəbər verir ki, memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar. Sənəd bankla universitet arasında bir neçə istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Memorandum BANM tələbələrinin “Unibank”da istehsalat təcrübəsinə cəlb olunması, tələbə və məzunların iş imkanlarının qiymətləndirilməsi, birgə seminar, təlim, konfrans və digər tədbirlərin təşkili kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.
Memorandumu yüksək qiymətləndirən Unibank sədri Valentin Morozov, BANM ilə əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə və müasir bankçılıq üçün lazım olan bacarıqlara yiyələnməsinə dəstək olacaq. Sədrin sözlərinə görə, bank sektorunun rəqəmsal transformasiyası mühəndislik, informasiya texnologiyaları və analitika sahəsində güclü mütəxəssislərə ehtiyacı artırır. Valentin Morozov vurğulayıb ki, ölkənin ən yaxşı bank məktəbləri sırasında olan “Unibank”ın peşəkar kadrların yetişdirilməsində uzun illərə dayanan təcrübəsi var. Memorandum BANM tələbələrinə biliklərini bu təcrübə əsasında real iş mühitində tətbiq etmək imkanı yaradacaq.
Rektor Elmar Qasımov BANM-in fəaliyyəti, son illərdə həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə məlumat verib. O, real sektorla birbaşa əməkdaşlığın əmək bazarının tələblərini öyrənmək və təhsili bu tələblərə uyğunlaşdırmaq baxımından vacib olduğunu vurğulayıb. Rektor “Unibank”la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO














_(1).jpg)







.jpg)




.jpg)











