Banklar
Banklardakı əmanətlərimiz necə qorunur?
Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir. Bu da ümumi sığortalanmış əmanətlərin 2,2%-i deməkdir. Burada sual doğuran məsələ depozitlərin qorunması baxımdan bunun problem yaradıb-yaratmamasıdır. Ümumiyyətlə, Fondda nə qədər pul saxlanılmalıdır?
İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, beynəlxalq praktikada bu tip fondların aktivlər ilə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur. Bu, hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir: “İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83,6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18,2 trliyon rubldur (290 milyard 476 milyon dollar). Şimal qonşumuzda fondun aktivlərinin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0,45 faizdir. Amma bu o anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir? Təbii ki, yox.
Üçüncüsü, Fondun aktivlərinin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu, bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar adətən riskli bazar alətlərinə yatırım etmirlər, hətta potensial gəlirlilik səviyyəsi yüksək ola bilsə də. Fondun vəsaitlərini nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, Fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır, ancaq bu, az riskli istiqamətlər üzrə olmalıdır.
Dördüncüsü, bütün və ya əksər bankların eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə, bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. “Evrobank”da əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir.
Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir. Ona görə də bir neçə bankda olan əmanətlərin həcmini Fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7,6 milyard manat olduğunu nəzərə alsaq, gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görsənir.
Altıncısı, hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələrlə müqayisədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə mane olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanma faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır. Əksinə, Fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa, bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa belə”.
İqtisadiyyat şöbəsi
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir




















.jpg)


















