Banklar
SOCAR-ın BU TƏRƏFDAŞI Monteneqroda bank açır
"Azerbaijan Global Investments" şirkəti Monteneqroda (Çernoqoriya) "Azmont Investments" şirkətilə birgə bank yaradacaq.
Publika.az-ın xəbərinə görə, "marja.az" saytı Monteneqro mətbuatına istinadən bildirir ki, "Azmont Investments" bankın təsisçisi olacaq. Banka lisenziya alınması üçün Monteneqro Mərkəzi Bankına müraciət etmək qərara alınıb.
"Azerbaijan Global Investments"in (AGİ) əsas məqsədi Azərbaycanın hüdudlarından kənarda qeyri-neft sahələrində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsidir.
SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" şirkəti Monteneqroda truzim-kurot mərkəzi tikir. Məlumata görə, SOCAR bütün işləri "Azerbaijan Global Investments" şirkətinə ötürüb.
Qeyd edək ki, bir neçə gün öncə SOCAR Monteneqroda bank açması barədə xəbəri təkzib etmişdi. Şirkətin vitse-prezidenti Süleyman Qasımov bildirmişdi ki, SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur: "SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var".
S.Qasımov əlavə etmişdi ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib".
"Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirmişdi. İndi məlum olur ki, həmin tərəfdaş "Azerbaijan Global Investments" şirkətidir.
SOCAR 2012-ci ildə Monteneqronun Kumbor ərazisindəki “Orijen Battalion” hərbi bazasını istirahət mərkəzinə çevirməsi üçün icarəyə götürüb. Turizm-kurort kompleksinin dəyəri 281,2 mln. dollar həcmində qiymətləndirilir. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.
Onu da əlavə edək ki, SOCAR Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər.
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA








.jpg)




.jpg)













.jpg)





.jpg)



