Banklar
Bu Azərbaycan bankının reytinqi düşdü
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın 5 kommersiya bankının yeni reytinqini açıqlayıb.
Publika.az agentliyinə istinadən xəbər verir ki, "Expressbank", "Unibank" və "Demirbank"ın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi "B", "ATAbank" ASC-nin reytinqi "B-" kimi təsdiq olunub. Bu bankların reytinqləri üzrə proqnoz isə "stabil" qiymətləndirilib.
Bununla yanaşı, Agentlik "AGBank"ın emitentin defolt reytinqini "B-"-dən "CCC"-yə kimi azaldıb, "neqativ" proqnozu isə, ümumiyyətlə, qiymətləndirmədən kənarlaşdırıb.
“Fitch” mütəxəssislərinin fikrincə, reytinqlərin əvvəlki həddə saxlanılması bankların göstəricləri ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, bankların kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.
“Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankların pərakəndə və mikrokreditləşmənin sürətləndirilməsində böyük rol oynamaları ilə də əlaqədardır.
İqtisadiyyat şöbəsi
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.png)










.png)



















