Banklar
Mərkəzi Bank internet probleminə aydınlıq gətirdi
Mərkəzi Bank 16 noyabrda ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya aydınlıq gətirib.
Publika.az-a bankdan verilən məlumata görə, İnternet təchizatında problem banklararası hesablaşmalara təsir etməyib. Bank bunu onunla əsaslandırır ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına söykənən arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib. Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib.
Bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib. Banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
İqtisadiyyat şöbəsi
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.png)










.png)



















