Bankların ödəmə vaxtı keçmiş kreditlərinin məbləği - RƏQƏM
Bizi izləyin

Banklar

Bankların ödəmə vaxtı keçmiş kreditlərinin məbləği - RƏQƏM

Bankların ödəmə vaxtı keçmiş kreditlərinin məbləği - RƏQƏM

2015-ci il oktyabrın 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil edib. Bunun 14,9 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin 33,4 faizi dövlət, 63,5 faizi qeyri-dövlət bankları, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil edib. Yəni, 1 356 100 000 manat.

Publika.az bankların vaxtıkeçmiş kreditlərinin portfelini araşdırıb. Bəzi banklarda vəziyyətin ciddi olduğu ortaya çıxıb.

Xarici kapitallı bank olan “AccessBank ”da vaxtıkeçmiş kreditlərin məbləği cari ilin 9 ayına olan hesabata əsasən, 33929,55 min manat təşkil edib. Vaxtıkeçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 4,36 faiz olub. Xatırladaq ki, cari ilin 6 ayında bankın vaxtıkeçmiş kreditlərinin məbləği 21660,01 min manat, kredit portfelində xüsusi çəkisi isə 2,58 faiz təşkil edib.

“AG Bank” sonuncu dəfə maliyyə hesabatlarını cari ilin yanvar ayının 31-də verib. Həmin dövrdə bankın vaxtıkeçmiş kreditlərinin həcmi 55 699,3 min manat olub.

“Azərbaycan Sənaye Bankı”nın ilin 9 ayına olan hesabatına görə, vaxtıkeçmiş kreditlərin məbləği 6,678.24min manat olub , vaxtıkeçmiş kreditlərin kredit potfelində xüsusi çəkisi 4,03 faiz olub. Halbuki ilin altı ayında vaxtıkeçmiş kreditlərin məbləği 6,565.17 min manat, kredit portfelində xüsusi çəkisi 3,95 faiz təşkil edib.

“Amrahbank “ 2015-ci il üzrə maliyyə hesabatı verməyib. Bankın 2014-cü ilin 8 ayı üzrə kredit portfeli ilə bağlı hesabatına əsasən, əsas borc (123,916.70) üzrə vaxtıkeçmiş kreditlərin həcmi 11,569.40 min manat olub. 3 ay üzrə isə həmin rəqəm 11,465.10 min manat təşkil etmişdi.

Maliyyə problemləri yaşayan “Bank of Azerbaijan” maliyyə hesabatlarını hazırlamağa zaman tapmayıb.

“Bank BTB” və “Nikoil Bank” da 2015-ci ildə hesabat verməyib.

İstehlak kreditləri sahəsində qaz vurub qazan dolduran banklardan sayılan “Bank of Baku”ya gəlincə, ilin 9 ayında vaxtıkeçmiş kredit portfelində müştərilərə verilən kreditlər və lizinqlərin cəmi 94 512.1min manat olub. Ticarət və xidmət sahəsi üzrə bu rəqəm 13 418.9 min manat, kənd təsərrüfatı üzrə 2 037.3 min manat, fiziki şəxslər üzrə 78 743.4 min manat, maliyyə lizinqi üzrə 312.6 min manat olub.

Müqayisə üçün qeyd edək ki, ilin altı ayında vaxtıkeçmiş kredit portfelində müştərilərə verilən kreditlər və lizinqlərin cəmi 83 007.4 min manat təşkil edirdi.

“Bank VTB”-nin oktyabr ayının 1-nə olan hesabatına əsasən, vaxtıkeçmiş kreditlərin məbləği 42 930,7 min manat olub. Bu da kredit portfelinin 12,6 faizi deməkdir.

“Bank Respublika”nın ilin 9 ayına olan hesabatında vaxtıkeçmiş kreditlərin həcmi 32,941.07 min manat, kredit portfelinə nisbəti 10,68 faiz göstərilib. İlin 3 ayında bu rəqəmlər müvafiq olaraq 21,668.55 və 6.21% təşkil edirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm