Banklar
Azərbaycanın könüllü sığorta bazarı 15 faiz artıb
2014-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 22,18 faizi və ya təqribən 21,24 milyon manatı əmlakın könüllü sığortası növləri üzrə yığılıb. Bu növlər üzrə ödənişlər 5,18 milyon manat olub ki, bu da bütün kompensasiyaların təqribən 27,23 faizini təşkil edir.Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatında deyilir.
Əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük
hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 21,41
milyon manat həcmində mükafat (4,58 milyon manat dəyərində ödəniş
olmaqla), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə ödəniş
olmamaqla 5,51 milyon manat mükafat, habelə yanğın və digər
risklərdən əmlakın sığortalanması üzrə 3,19 milyon manat mükafat
(1,11 milyon manat həcmində ödənişlər), yüklərin sığortalanması
üzrə 6,65 milyon manat mükafat (0,3 milyon manat ödəniş), yüklərin
sığortalanması üzrə 2,06 milyon manata mükafat (50,47 min manat
ödəniş) və s. təşkil edib.
2014-ci ilin yanvar-fevral aylarında mülki məsuliyyətin
sığortalanmasının payına 4,33 milyon manat (0,18 milyon manat
həcmində ödənişlər) düşüb.
Fərdi sığortalanma üzrə mükafatlar 6,73 milyon manat həcmində
ödənişlər olmaqla 33,13 milyon manat təşkil edib. Bununla yanaşı,
bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 1,77
milyon manat (219,67 min manat həcmində ödəniş), könüllü tibbi
sığorta üzrə yığımlar 31,37 milyon manat (6,51 milyon manat
məbləğində ödəniş), xaricə gedən vətəndaşların sığortalanması üzrə
yığımlar 0,22 milyon manat (36,99 min manat həcmində ödəniş) təşkil
edib.
Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə yığımların ümumi həcmi
11,9 milyon manat məbləğində ödənişlər olmaqla (62,88 faiz) 54,36
milyon manat (mükafatların ümumi həcminin 59,33 faizi) təşkil
edib.
Ümumilikdə könüllü sığortanın bütün növləri üzrə mükafatların
xüsusi çəkisi 2014-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta
yığımlarının 78,29 faizini, kompensasiyaların payı isə
sığortaçıların bütün ödənişlərinin 67,88 faizini təşkil edir.
İl ərzində könüllü sığorta bazarı 14,99 faiz, ödənişlər isə 19,76
faiz artıb.
Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi
2014-ci ilin ilk 2 ayı ərzində 91,62 milyon manat (il ərzində 16,32
faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 19,02
milyon manat (17,33 faiz artım) olub.
Hesabatda yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti
göstərilməyib.
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
















.jpg)



















