Banklar
Ötən il 96 milyon manat ipoteka krediti verilib
orta faiz dərəcəsi 13,4% (inflyasiya səviyyəsi nəzərə alınmaqla real faiz 9,7%), o cümlədən kommersiya kreditləri üzrə 9% (real faiz 5,3%) təşkil edib.
Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il bank aktivləri 10% artaraq 27.8 mlrd. manata çatıb. Bu da qeyri-neft ÜDM-in 75%-nə bərabərdir. İqtisadiyyata kredit qoyuluşlarının həcmi 18.7 mlrd. manat olub. Bunun da 77%-ni uzunmüddətli kreditlər təşkil edib. Portfelin çox hissəsi (72%-i) biznes kreditlərinin payına düşüb. Ev təsərrüfatlarına kreditlər üzrə riskləri nəzərə alaraq Mərkəzi Bank bu sahədə qabaqlayıcı tənzimləyici tədbirləri 2015-ci ildə də davam etdirib. Ev təsərrüfatlarına verilən kreditlər 2,3%, avtomobil kreditləri isə 42% azaldılıb. 2015-ci ildə ipoteka kreditləşdirilməsi davam etdirilib, 2000 nəfərdən çox şəxsə 96 mln. manat ipoteka krediti verilib. İpoteka Fondunun kredit portfeli 789 mln. manata çatıb, ipoteka alanların sayı isə 18 mini ötüb.
Hesabat dövründə əhalinin əmanətləri bankların başlıca resurs mənbəyi olub. Hesabat dövrünün sonuna əhalinin bank əmanətləri 7 mlrd. manatdan təşkil edib. Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən xidmət olunan 7.3 mln. nəfər əmanətçinin 91% hissəsi qorunan əmanətçilərdir.
İqtisadiyyat şöbəsi
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.png)









.png)




















