Banklar
Rusiyadan nə qədər sərmayə çıxarılacaq - RƏQƏM
Rusiyadan ilin ilk 3 ayında çıxarılacaq investisiyanın həcminin 70 milyard dollar olacağı güman edilir.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar elan olunduğu bir vaxtda sərmayəçilər arasında narahatlıq əlamətləri müşahidə olunur.Moskvada jurnalistlərlə görüşən Rusiya iqtisadiyyat nazirinin müavini zəif inkişaf və inflyasiyanın artması ilə bağlı xəbərdarlıqla çıxış edib.
Rusiya rəsmisi tənəzzülün gözlənilmədiyini desə də, "durğunluq probleminin" aktual olduğunu vurğulayıb.
Andrey Klepaç ilin ilk rübündə artımın gözlənilmədiyini bildirib.
Ötən il Rusiyadakı iqtisadi artım 1.3 faiz təşkil edib.
Lakin Klepaç hazırda hökm sürən iqtisadi "durğunluqdan çıxmaq" barədə söhbətlərin "erkən olduğunu" hesab edir.İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ilin ilk rübündə Rusiyanı tərk edəcək kapitalın həcmi 70 milyard dollara yaxın ola bilər ki, bu da 2013-cü il ərzində Rusiyadan çıxarılan 63 milyard dollara nisbətdə əhəmiyyətli artım təşkil edir.
Klepaç ABŞ və Aİ sanksiyalarının indiyədək əhəmiyyətli təsir göstərmədiyini deyib, lakin o Qərblə əlaqələrin pisləşməsinin iqtisadi inkişaf və kapitalın çıxarılmasına zəmin yaradacaq mənfi amil olduğunu bildirib.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO






.png)































