Banklar
Bağlanan bankların əmanətçilərinə 23,6 milyon kompensasiya verilib
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.
Fonddan Publika.az-a verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan"nın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 mln. 864 min manatdan artıq kompensasiya ödənilib.
30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank"da 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Sığorta hadisəsi baş vermiş "Gəncəbank"ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 749 min manatdan artıq kompensasiya ödənilib.
Ərizə formalarını "Bank of Azerbaijan" və "Gəncəbank"ın qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" və "Gəncəbank"ın filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
İqtisadiyyat şöbəsi
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı






.png)







.png)





















