Banklar
Banklara qarşı tələblər artırılır: normativlər dəyişəcək
"Banklar haqqında" Qanunda dəyişikliklər Azərbaycanda bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə prudensial normativləri və tələbləri Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etməsini nəzərdə tutur.
Publika.az Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq, eləcə də Hüquqi Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclasında bu haqda bildirilib.
Dəyişikliyə əsasən, yerli bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə yeni prudensial normativlər və tələblər də müəyyən edilib. Belə ki, qanunun “Prudensial normativlər və tələblər” maddəsinə 34.2.16-cı və 34.2.17-ci maddələr əlavə edilib. Bununla da, maliyyə bazarlarına nəzarət orqanı kredit təşkilatları tərəfindən nağd pulun saxlanılması və inkassasiyası, o cümlədən, kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydaları ilə bağlı prudensial normativlər və tələblər də müəyyən edəcək.
İqtisadiyyat şöbəsi
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı






.png)







.png)





















