Banklar
"FES-in protokolları dərc olunandan sonra yalnız manat bahalaşıb"
Mayın 16-18-də inkişaf etməkdə olan ölkələrin valyutaları ticarət əməliyyatlarını "qırmızı zona"da başa çatdırıb.
APA xəbər verir ki, buna səbəb ötən gün Federal Ehtiyatlar Sisteminin (FES) sonuncu iclasının protokolunun dərc olunmasıdır. Protokolda qeyd edilib ki, maliyyə bazarlarının iştirakçıları FES-in iyunda faiz dərəcəsinin artırılmasına dırnaqarası baxır.
Protokollar dərc olunduqdan sonra inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara qarşı təxminən 1% ucuzlaşdı. Bununla yanaşı, "Brent" markalı neftin qiyməti 1,1% azalaraq 49 dollar səviyyəsindən aşağı düşüb.
Qərb analitikləri qeyd edirlər ki, bütün bunların fonunda stabilliyini qoruyan yeganə valyuta Azərbaycan manatı olub. "Manat FES-in protokollarını inkar edərək 0,41% möhkəmlənib. Baxmayaraq ki, söhbət neft qiymətlərinə birbaşa bağlı olan valyutadan gedir, neft isə ucuzlaşıb. Neftin qiymətinə bağlı olan bütün valyutalar dollara nisbətən ucuzlaşıb. Məsələn, Meksika pesosu 0,76%, Rusiya rublu 0,63%, Braziliya realı 0,6%, Çin yuanı 0,43%, Qazaxıstan təngəsi 0,34% ucuzlaşıb", - deyə analitiklər bildirirlər. Analitiklər manatın möhkəmlənməsini bu cür izah edirlər: "Dağlıq Qarabağdakı sabitlik valyuta treyderlərində optimizm yarada bilib. Manatın məzənnəsinə TAP layihəsinin təməlinin qoyulması da ciddi təsir edib".
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq








.jpg)







.jpg)



.jpg)












.jpg)



