Banklar
Borclularla banklar arasında narazılıqlar niyə artır?
Vətəndaşlarla banklar arasında kreditlərin qaytarılması istiqamətində yaranan narazılıqlar getdikcə artır. Statistika göstərir ki, ödəniş vaxtı keçmiş kreditlərin həcmi artmaqdadır. Konkret olaraq bu ilin aprel ayının 1-nə vaxtı keçmiş kreditlər 1 326,5 mln. manat təşkil edib.
Publika.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, martın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 3 mln. manat və ya 0,22%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 182 mln. manat və ya 12,06% azalıb.
Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,73% təşkil edib. Halbuki martın 1-nə bu göstərici 6,54%, ilin əvvəlində isə 6,94% olub.
Manatla verilən vaxtı keçmiş kreditlər aprelin 1-nə 691,5 mln. manat təşkil edib ki. Bu da martın 1-nə nisbətən 19,6 mln. manat və ya 2,92% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 148,7 mln. manat və ya 17,7% artıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,2 faiz bəndi artıb, ilin əvvəlindən 0,7 faiz bəndi azalaraq 6,9%-ə çatıb. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,7% təşkil edib. Bir ay əvvəl bu göstərici 11,4%, ilin əvvəlində isə 15,1% olub. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı aprelin 1-nə 6,1%, ilin əvvəlində 6,2%, martın 1-nə isə 5,8% təşkil edib. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aprelin 1-nə 635 mln. manat olub. Bu, martın 1-nə nisbətən 22,6 mln. manat və ya 3,4%, cari ilin əvvəli ilə müqayisədə isə 33,3 mln. manat və ya 5,0% azalıb. Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi aprelin 1-nə 6,6%, keçən ayın əvvəlində 6,4%, ilin əvvəlində isə 6,2% olub.
Qeyd edək ki, ödəniş vaxtı keçmiş kreditlərlə bağlı məhkəmə müraciətlərinin sayı durmadan artır.
Hüquqşünas Əkrəm Həsənov Publika.az-a açıqlamasında bildirib ki, banklar bir qayda olaraq, o borcluları məhkəməyə verir ki, kredit üzrə girov, yaxud borclunun və ya zaminin tutula biləcək əmək haqqı var: “Digər borcluları bank ona görə məhkəməyə vermir ki, məhkəmə prosesini udsa belə, qərarın icrasız qalacağını başa düşür, vaxt və əmək sərf etmək istəmir. Vaxt hər bir halda bankın deyil, borclunun xeyrinə işləyir. Böyük ehtimalla uzağı 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul ediləcək, borclar silinəcək. Girovu olanlar da narahat olmasın: qoyduqları girovun qiyməti xeyli düşəcək və istəsələr girovu azad edərək, özlərində saxlaya biləcəklər. Sadəcə dözmək, banklara müqavimət göstərmək lazımdır, xüsusilə məhkəmə proseslərində”.
Hüquqşünas deyir ki, heç kəs bank sisteminin çökməsini istəmir: “Amma banklar özləri çökmələrini labüd edir, çünki borclulara güzəşt etmir, onların haqlarını pozur və nəticədə kreditləri geri ala bilmirlər”.
Bu arada, nəzərə çatdıraq ki, yaranmış vəziyyət bankları da pis vəziyyətə salıb. “Moody’s” beynəlxalq reytinq agentliyinin açıqlamasına görə, Azərbaycanda bankların kreditləşməsi azalacaq. Problemli kreditlər ilin sonuna 20%-ə çatacaq: “İlk rübdə bankların kredit portfeli 9% azalıb. Azərbaycan Beynəlxalq Bankını (ABB) istisna etsək, bankların problemli kreditləri artıq 25% təşkil edir. ABB xaric, problemli kreditlər ilin sonuna 25%-ə çatacaq. Kapitalın aktivlərə nisbəti ilin əvvəlindəki 11,2%-dən martın 1-nə 10,9%-ə çatıb. Bütün neqativ amillər artıq ilin əvvəlində reytinq azaldılanda nəzərə alınıb”.
Agentliyə görə, yaxın 12-18 ayda Azərbaycanın bank sektorunda müsbət dəyişikliklər gözlənilmir.
İqtisadiyyat şöbəsi
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər





















.jpg)
















