Banklar
Depozitlərin faiz dərəcəsi yüksəldilə bilər
“Hesab edirəm ki, uzun müddətli dövrdə de-dollarizasiyanın təmin edilməsi üçün ilk növbədə qeyri-neft sektorunun inkişafı vacibdir. Qısa müddətli dövrdə atılmalı addımlardan biri kimi manatın gəlirliliyini, yəni manatla depozitlərin faiz dərəcəsinin yüksəldilməsi imkanlarına baxıla bilər”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Banking Baku” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, baş verən iki devalvasiyadan sonra qısa bir müddət ərzində ölkədə kəskin dollarlaşma prosesi gedib. Banklardakı manatla olan əmanətlərin əksər hissəsi demək olar ki, bir anda dollara çevrilib. AMB-nin statistikasına görə hazırda əmanətlərin təqribən 83%-i dollardadır: “Bu o deməkdir ki, bankların dollarda olan öhdəliyi artıb. İndi banklar xaricdən, xarici valyuta ilə cəlb etdikləri resurslara xidmət göstərməklə yanaşı xüsusi çəkisi kəskin artmış bu depozitlər üzrə də müştərilərə faizlər ödəməlidirlər. Bankların cəlb etdiyi resurslarının böyük bir hissəsini depozitlər təşkil etdiyi üçün onların faizləri kredit fazilərinə də təsir edir. Bank sisteminin qarşısında duran əsas çağırışlardan biri də bankların depozit bazasından asılılığını optimal səviyyəyə gətirilməsidir. Bunun üçün bütün iqtisadi subyektlərin bank sisteminə daha sıx inteqrasiya olmaları, iqtisadiyyatda dövr edən maliyyə vəsaitlərinin banklar vasitəsilə hərəkəti təmin olunmalıdır. Təəssüf ki, ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır. Ölkəmiz bu göstərici üzrə bir sıra ölkələrdən geri qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%). Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i). Bankların hazırda əsas gəlirlərini faiz gəlirləri təşkil edir. Nağdlaşma səviyyəsinin azalması bankların qeyri-faiz gəlirlərinin də artmasına təkan verəcək. Qeyd olunan məsələdə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi də xüsusi önəm kəsb edir. Nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşməsi bank sisteminin resurs bazasını genişləndirir”.
İqtisadiyyat şöbəsi
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"







































