Banklar
Azərbaycanda bağlanan 10 bank üzrə 272 milyondan artıq kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 103 miyon 677 min manatdan artıq kompensasiya ödənilib.
ADİF-in saytında yerləşdirilmiş məlumata əsasən, 11 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilib.
11 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.
11 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənilib.
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat






.png)



















.jpg)









