Banklar
10 bankın bağlanması yarım milyard manata başa gəldi
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 20 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 821 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 milyon 721 min manatdan artıq kompensasiya ödənilib.
Publika.az fonda istinadən bildirir ki, 20 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 876 min manatdan artıq kompensasiya həyata keçirilib.
20 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya həyata keçirilib.
20 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 261 milyon 624 min manat artıq kompensasiya ödənilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 527 milyon 259 min manatdan artıq kompensasiya reallaşdırılıb.
İqtisadiyyat şöbəsi
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR








.png)




























