Banklar
İndiyə qədər 16 min ipoteka krediti verilib
2006-ci ildən bu ilin ikinci rübünə qədər 450 milyon manat vəsait ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilib.
Ötən müddətdə 2800 güşəştli ipoteka krediti verilib. Ümumilikdə 16 min ipoteka krediti xətti açılıb.
Publika.Az Mərkəzi Banka istinadən bildirir ki, cari ilin birinci rübündə “AG Bank” ASC 1026 ədəd, “Dəmirbank” ASC 1003 ədəd, “Bank Standart” QSC 986 ədəd, “Xalq Bank” ASC 972 ədəd, “Zaminbank” ASC 950 ədəd, “Bank Technue” 879 ədəd, “Unibank” 736 ədəd ipoteka krediti verib. “Bank of Baku” isə cəmi 151 kredit verə bilib. “AFB bank” ASC 76 kredit xətti, “Kredobank” ASC 59, “Əmrahbank” ASC 48, “Paşa Bank” ASC 42, “Bank Silk Vay” ASC 37, “Bank Avrasiya” ASC 33 kredit xətti açıb. Bildirək ki, ipoteka kreditləri gənc ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılmadı məqsədi daşıyır. Kredit üzrə verilən məbləğ vətəndaşın əlindəki vəsaitə kömək məqsədi daşıyır. Necə? Məslən ailəniz 50 min manat məbləğində mənzil almaq istəyir lakin bunun üçün nağd şəkildə cəmi 15 min manatı var.
Belə halda vətəndaş yerdə qalan vəsaiti ipoteka krediti kimi bankdan götürə bilər. Qeyd edək ki, Mərkəzi Bank ölkədə yeni ipoteka proqramı hazırlayır. MB sədri Elman Rüstəmovun açıqlamasına görə, yeni proqramın qəbul edilməsinin əsas məqsədi ölkədə dövlət ipotekasını inkişaf etdirmək, sadələşdirmək və təkmilləşdirməkdir.
İqtisadiyyat şöbəsi
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu

















.jpg)




















