Banklar
Bağlanan bankların əmanətçilərinə 1,3 milyard dollar qaytarılıb
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Publika.az fonda istinadən xəbər verir ki, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 81 min manatdan artıq kompensasiya verilib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 944 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 213 min manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 50 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 174 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 430 mln. 534 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 718,002 mln. manatdan artıq kompensasiya ödənilib.
İqtisadiyyat şöbəsi
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub








.jpg)







.jpg)



.jpg)















.jpg)



