Banklar
Banklar gücləndirilmiş iş rejimində işləyəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə bayram günlərində - 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatadan Publika.az-a verilən məlumata görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.
Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm
bölgələrində 59 filial və şöbəsi 31 dekabr - 4 yanvar tarixlərində
turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin,
bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları
quraşdırılmışdır.
O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət
Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu
fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı
maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə
müraciət edə bilərlər:
Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300);
Email: [email protected]
31 dekabr - 4 yanvar tarixlərində çalışacaq bank filial və
şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış
olmaq olar.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir






.png)





















.jpg)









