Banklar
Ötən ilin sonunda bankların zərəri 31 faiz artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan bank sektorunun xalis zərəri 1 271,5 mln. manat təşkil edib. Bu da oktyabr ayının sonu ilə müqayisədə 31,2% artım deməkdir. Lakin oktyabrın əvvəlinə nisbətən 17,8% azdır.
Publika.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bankların vergilər ödənilənədək zərəri 31,6% artaraq 947,9 mln. manatdan 1 247,6 mln. manata çatıb.
Bankların faiz gəlirləri aylıq 10,6% artaraq 1 825,4 mln. manata yüksəlib. Bunun 1 575,1 mln. manatını kreditlər üzrə faizlər təşkil edib. Faiz xərcləri də aylıq müqayisədə 8,3% artaraq 991,6 mln. manata çatıb və bunun 425,5 mln. manatı depozitlər üzrə faiz xərcləri olub. Beləliklə, xalis faiz gəliri 13,3% artaraq 833,8 mln. manat təşkil edib.
Qeyri-faiz zərəri 2 dəfə artaraq 346,4 mln. manata yüksəlib, qeyri-faiz xərcləri isə 11% artaraq 834,8 mln. manata çatıb.
Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar da aylıq 18,3% artaraq 913,6 mln. manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir






.png)





















.jpg)









