Banklar
Azərbaycanda banklara qarşı tələblər sərtləşdirilir
Mərkəzi Bank (MB) bu il “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək.
Publika.az MB-ya istinadən xəbər verir ki, bu il üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaq.
2017-ci ildə pul siyasəti alətlərindən qarşıya qoyulmuş monetar hədəflər çərçivəsində istifadə ediləcək, bu alətlərin modernizasiyası istiqamətində tədbirlər davam etdiriləcək, alətlərin tətbiqi prosesində faiz dərəcələrinin real səviyyəsi nəzərə alınacaq. Likvidlik alətləri üzrə faiz dərəcələri “faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilərək çevik idarə olunacaq.
2017-ci ildə də zəruri hallarda pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcminin artırılması və faiz dərəcələrinin artırılması diqqətdə saxlanacaq. Növbəti ildə vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə MB-in müəyyən etdiyi faiz dərəcələri ilə həyata keçiriləcək.
Vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatlarının (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi ilə aparılması nəzərdə tutulur. Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə aparılacaq. Açıq bazar əməliyyatları əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də MB-nin təşəbbüsü ilə həyata keçiriləcək. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, eləcə də MB-nin qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq.
Məcburi ehtiyat normaları da MB-nin istifadə etdiyi pul siyasəti alətlərindən biri olaraq qalacaq. Mərkəzi Bank 2017-ci ildə də məcburi ehtiyat normalarını aylıq ortalama rejimində tətbiq edəcək ki, bu da banklar tərəfindən likvidliyin çevik idarə olunmasına imkan verəcək.
Pul bazarındakı vəziyyətə adekvat təsir göstərmək məqsədilə pul siyasəti alətlərinin effektiv tətbiqinə, monetar əməliyyatların optimal planlaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank 2017-ci ildə aidiyyəti iqtisadi qurumlar ilə birlikdə likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin formalaşması istiqamətində müvafiq işlər görəcək.
Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası istiqamətində işlər 2017-ci ildə də davam etdiriləcək. Bu işlər pul siyasətinin iqtisadiyyata ötürücülük mexanizmində faiz kanalının gücləndirilməsinə xidmət edəcək.
İqtisadiyyat şöbəsi
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı








.png)




























