Banklar
Beynəlxalq Banka yeni sədr gətirildi
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Trend-in məlumatına görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.
X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan X.Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.
Eyni zamanda sədrin yeni müavini təyin edilib. Bu vəzifəyə "Bank Respublika"da İdarə Heyətinin sədr müavini olmuş Aqşin Əmirov təyin edilib.
Qeyd edək ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.png)
































