Banklar
Deputat: “Banklarının bu siyasəti problemlərə yol açacaq”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən iclasında təkliflərlə çıxış edib.
Publika.az xəbər verir ki, M.Quliyev maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman banklar tərəfindən 18 faiz əlavə dəyər vergisi tətbiq edilməsini pisləyib.
Deputat deyib ki, Azərbaycan banklarının bu siyasəti gələcəkdə problemlərə yol açacaq:
“Problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməsi vacibdir. Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir. Məqsəd isə bu olmalıdır ki, insanlar belə problemlərlə rastlaşmasınlar”.
M.Quliyev ikinci və üçüncü qrup əlillərin əmək qabiliyyətli hesab olunduğunu da bildirib:
“Amma bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Biz əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.
Vasif Həsənli
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.png)































