• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Bir neçə saata milyardlarla dollara sahib olanlar - 5 ən məşhur dələduzluq FAKTI

  • Banklar
  • 19 Fevral 2017 14:35
  • 997 Baxış
Bir neçə saata milyardlarla dollara sahib olanlar - 5 ən məşhur dələduzluq FAKTI

“Deutsche Bank”ın vergidən yayındığına görə, cərimələnməsi müzakirə mövzusu olaraq qalır. Araşdırma qrupları son illərdə dələduzluq edən 5 şirkətin siyahısını hazırlayıb.

Publika.az həmin “top 5”i təqdim edir:

Moldova "çamaşırxanası”

2014-cü ilin aprelində Rusiya və Moldova hüquq mühafizə orqanları postsovet dövründə cinayət yolu ilə gəlir əldə edən şəbəkənin üstünü açdılar. Moldova vasitəsilə Rusiyadan xaricə 696,6 milyard rubl (18,5 milyard dollar) göndərilmişdi. Çirkli pulların yuyulmasında yüzlərlə birgünlük Rusiya şirkəti, 19 ofşor şirkət, 59 ölkənin fiziki və hüquqi şəxsi, eləcə də 21 rus bankı iştirak etmişdi. Əməliyyatlar isə belə aparılmışdı: Xarici şirkət əvvəlcə saxta sənədlərlə Rusiya şirkətlərinə 100-875 milyon dollar dəyərində kredit verir. Zaminlər isə Moldova vətəndaşları olur. Borc alan tərəf “öhdəliyini” icra etmədikdə kreditor Moldova məhkəmələrinə müraciət edir. Nəticədə məhkəmə məcburi şəkildə pulun geri qaytarılması (cəza) haqqında qərar qəbul edir. Hər şey də bundan sonra başlayır, yəni borcluların pulları “Moldindconbank”a köçürməsindən sonra. “Yuyulmuş pullar” Böyük Britaniya, Yeni Zelandiya və Beliz şəhərində qeydiyyata alınan 19 şirkətin hesabına köçürülməklə qanuniləşir.

Rusa görə yaxşı, almana görə pis

Artıq bəlli olduğu kimi, 2017-ci ildə “Deutsche Bank” 425 milyon dollar dəyərində cərimə ödədi. Bank ABŞ-a vergidən yayındığına görə 200 milyon dollar da ödəməlidir. 2015-ci ildə Rusiya Mərkəzi Bankı “Deutsche Bank”ın qanunsuzluğun qurbanı olduğunu açıqladı. Moskva ofisini daxili yoxlama qaydalarının pozulmasına görə 300 min rubl cərimələdi. Diqqət ona yönəldildi ki, alman bankı texniki səhv buraxanlara qarşı tədbir gördü və günahkarları cəzalandırdı, Əslində isə hadisə başqa cür idi. ”Reuters” bildirir ki, dələduzluq 2011-2015-ci illərdə baş verib. Treyderlər Moskvada Rusiya şirkətlərinin səhmlərini rubula alıblar, daha sonra “Deutsche Bank”ın Londondakı ofisi vasitəsiylə funt sterlinqə və ya dollara çeviriblər. Əməliyyatlar Nyu-York ofisi vasitəsilə aparılıb. Hər əməliyyatın həcmi 2-3 milyon dollar təşkil edib. Bu şəkildə Rusiyadan 10 milyard dollar çıxarılıb. “Deutsche Bank”ın nümayəndələri israr edirdi ki, əməliyyatların məqsədini müəyyən edə bilmirlər. “Deutsche Bank”ın Rusiyadakı maxinasiyalarını isə ABŞ, Böyük Britaniya, Almaniya hüquq mühafizə orqanları araşdırdı.

Paylar artıq yoxdur

Bu hadisə 2008-ci ildə baş verib. Fransız bankı “Societe Generale” öz əməkdaşının dələduzluğu nəticəsində 5 milyard avro vəsaitin yayındırıldığına dair bəyanat yaydı. Bank rəhbərliyi bildirirdi ki, treyder Jerom Kervel təhlükəsizlik sistemini aldadaraq Avropa fond indekslərinə gələcək limit açıb. Nəticədə 4,9 milyard avro (7,2 milyard dollar) qazanıb.

Kervel əməliyyatçılara etirafında bildirir ki, o sadəcə karyerasında yüksəliş etmək və illik 600 min avro bonus almaq istəyirmiş. Onu da qeyd edib ki, riskli əməliyyatı 2005-ci ildə reallaşdırıb. Eyni addımı onun həmkarları da atıb. Bank rəhbərliyi bundan xəbərdar olub.

LİBOR - yoldan çıxaran

2015-ci ilin mayında banklar “JPMorgan”, “Citigroup,” “Barclays”, “Royal Bank of Scotland” və UBS valyuta bazarını manipulyasiya etməkdə günahlandırılaraq 5,7 milyard dollar cərimələndilər. 5 bank valyuta məzənnələrinin manipulyasiyasına görə bu cəriməni ABŞ və Böyük Britaniya hökumətinə ödəməli idilər. Məbləğin ən böyük hissəsini “Barclays” bankı ödəməli idi. Bank 2,4 milyard dollar cərimə ödəməli olacaqdı. Maliyyə qurumu həmçinin qanunsuz əməliyyatlarda iştirak edən 8 əməkdaşını işdən azad etməli idi. İsveçrənin “UBS” maliyyə qurumu ABŞ ədliyyə nazirliyinə “Libor” faiz dərəcələrinin manipulyasiyasına görə 545 milyon dollar məbləğində cərimə ödəyəcəkdi.

Nəzərə çatdıraq ki, “Libor” faiz məzənnəsi bütün dünyada bank idarələri arasında aparılan əməliyyatlar zamanı oriyentir kimi istifadə olunur. İstintaq müəyyən edib ki, adıçəkilən banklar 2007-ci ildən etibarən 5 il ərzində gəlir əldə etmək məqsədilə valyuta bazarında dollar və avronun məzənnəsi ilə manipulyasiya ediblər. İndiyə qədər “Deutsche Bank”, “JPMorgan”, “HSBC”, “Royal Bank of Scotland”, “Credit Agricole”, “Societe Generale” və “Rabobank” kimi iri maliyyə qurumları faiz dərəcələrinin manipulyasiyasında ittiham olunaraq irihəcmli cərimələr ödəyiblər. ABŞ-ın baş prokuroru Lorretta Linç bildirib ki, manipulyasiyalar dünya üzrə yüzlərlə istehlakçı və investora külli miqdarda maddi ziyan vurub.

Amerika - ölü ürəklər

Bu maliyyə fırıldağı hadisəsi 2016-cı ilin sentyabrına təsadüf edir. ABŞ-ın ən iri bankı “Wells Fargo” İstehlakçıların müdafiəsi üzrə Federal Büronun tələbini yerinə yetirərək ifşa edilmiş 5 min əməkdaşını işdən çıxardı. Bank 185 milyon dollar cərimə ödədi. Həmçininin zərərçəkmiş istehlakçılara - Valyutaya Nəzarət İdarəsinə 35 milyon, Los-Anceles şəhəri və qraflığına isə 50 milyon dollar məbləğində kompensasiya ödədi.

Hadisə isə belə olmuşdu. Bankın işçiləri 5 il ərzində müştərilərdən xəbərsiz 2 milyon hesab açaraq 565,000 civarında kredit kartı müraciətini qanuniləşdirmişdilər. Beləcə bəzi müştərilər kredit limitinin keçilməsi və gecikdirməyə görə cərimə ittihamlarına məruz qalmışdılar.

Leyla Əliyeva

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR