Banklar
Əmanətçilərə ümumilikdə 725,24 mln. manat ödənilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Publika.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,24 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,169 mln. manat, “Zaminbank” ASC - 54,338 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,275 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,058 mln. manat kompensasiya alıblar.
Fond həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.
İqtisadiyyat şöbəsi
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.png)































