Banklar
"Unibank" kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq
İndi Unibankın MasterCardı kartları ilə UBER-də pulsuz gedə biləcəksiniz. İyulun 17-dək AppStore/PlayStore-dan UBER aplikasiyasını yükləyib Unibankın Mastercard ödəniş sistemində olan kartnız ilə qeydiyyatdan keçin və 10 AZN-ə qədər olan ilk 2 gedişi pulsuz qazanın. Hələ də MasterCard-nız yoxdursa, istənilən Unibank filialından cəmi 3 AZN-nə ALBALI PLUS debet kartını əldə edərək, bu hədiyyədən faydalana bilərsiniz. Eləcə də Unibankın digər Matercard kartları sizə pulsuz gediş qazanmaq imkanı verir.
Qeydiyyat zamanı MasterCard ödəmə kartı kimi əlavə olunmalı, “MastercardBaku” promo kodu daxil edilərək ödəniş həyata keçirilməlidir. Kampaniya yalnız yeni UBER istifadəçilərə şamil olunur.
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan
“UBER” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq
ödəniş texnologiyaları təchizatçısı və “Unibank” KB ötən ilin
oktyabrından birgə layihəyə başlayıblar. Layihə çərçivəsində
UBER-in tərəfdaş sürücülərinə qazandıqları vəsaiti rahat istifadə
edə bilmək üçün unikal təklif təqdim edilir. Bunun üçün hər bir
UBER sürücüsü Unibankın Bakı (Abşeron) filialına yaxınlaşıb VÖEN
hesabı açır. Sürücüyə “Mastercard” debet kartı ALBALI PLUS təqdim
olunur. UBER tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik
olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat
şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz UBER-in
partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə
etməsidir.
Bundan başqa, UBER sürücüləri Unibankın “SMS Banking”, “Unibank
Biznes Mobile” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz
olaraq yararlana bilirlər. Eyni zamanda, sürücülər kartdan
nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəmir. Kart ilə
nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək hissəsi
“cash back” kimi geri qaytarılır, kartdakı qalıq məbləğə görə isə
illik 6%-dək gəlir hesablanır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.
Unibank-hər kəsin bankı!
-
MDB23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır













.jpg)























