Banklar
Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Publika.az-a Palatadan məlumat verilib.
Azərbaycanda 2-ci dəfə keçirilən Formula 1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.
Yarışlarla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər: əlaqələndirici şəxs: Azər Quluyev, email: [email protected], tel: +994 51 444 25 32.
Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı






.png)





.jpg)














.jpg)









