Banklar
“Moody's” "Kapital Bank" haqda müsbət fikirdədir
“Moody's” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini təsdiq edib.
Publika.az bildiri ki, bankdan mətbuata verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə “Ba3” səviyyəsində təsdiqlənərək, dəyişilməz olaraq saxlanılıb. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Hesabatda həmçinin qeyd olunur ki, "Kapital Bank"ın gəlirliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.
“Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində "Kapital Bank" mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər Bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bank-ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, - deyə hesabatda qeyd olunur.
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı






.png)




























