Banklar
Gələn aydan Azərbaycanda bank ombudsmanı işə başlayır
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış Bank Ombudsmanı institutu gələn aydan fəaliyyətə başlayacaq.
Bu barədə ABA-dan məlumat verilib.
“Bank ombudsmanının müraciətləri qəbul etməsi üçün www.bankombudsman.az ünvanında fəaliyyət göstərəcək ayrıca internet səhifəsi yaradılıb. Hazırda saytın fəaliyyətə başlaması üçün aparılan texniki işlər yekunlaşmaq üzrədir. Müraciətlər həm bu elektron səhifə üzərindən, həm məktubla, həm də ofisdə qəbul ediləcək”, - deyə ABA-dan bildirilib.
Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il aprelin 14-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib, bu vəzifəyə İkram Heydər oğlu Kərimov təyin edilib.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir. Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsun. (report)
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı






.png)




























