Banklar
Unibankda biznes kreditləri komissiyasız oldu
Öz biznesinizi böyütmək üçün ən uyğun vaxtdır. Çünki 25 illik yubileyi münasibəti ilə Unibank biznes kreditləri ilə bağlı aksiya keçirir. Bu aksiya çərçivəsində sentyabırın sonunadək Unibank-dan kredit götürən biznes sahibləri, çox sərfəli kreditləri KOMİSSİYASIZ əldə edə biləcəklər.
İdarə Heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev bildirib ki, Unibank kiçik və orta sahibkarlığın kreditləşdirilməsində daim bazarın lideri olmaq ənənəsinə malikdir və demək olar ki, bank yarandığı vaxtdan bu günədək- 25 il ərzində davamlı olaraq bu fəaliyyətlə məşğul olur: “ Yaxın illərdə korporativ komandamızın qarşısında bu istiqamətdə bazar payının artırılması ilə bağlı iddialı hədəflər var. İqtisadiyyatda müsbət tendensiyaların artması, qeyri-neft sektorunun tədricən inkişafı, 2017-2019-cu illərə nəzərdə tutulan iri neft-qaz, infrastruktur və logistika layihələrinin həyata keçirilməsi, biznes mühitində yaxşılaşmalar, ölkədə aparılan islahatlar nəticəsində, yaxın illərdə biznesin inkişafı üçün çox böyük potensial görürük. Qarşıdakı illər ərzində, biz rəqəmsal bankçılıq sahəsində bir çox layihələri həyata keçirməyi, həmçinin daxili proseslərin avtomatlaşdırılması, mobil və internet platformalarının inkişafını planlaşdırırıq. Bizim əsas vəzifələrimizdən biri də onlayn seqmentdə iştirakın genişləndirilməsidir”.
Biznes sahibləri aksiyada iştirak və Unibank-ın yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” “Yasamal” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək!
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı






.png)




























