Banklar
"Kapital Bank"-ın filialları şənbə günləri də fəaliyyət göstərəcək
Müştərilərin təkliflərini nəzərə alaraq Kapital Bank-ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək. Bankın Abşeron, Binəqədi, Qara Qarayev, Şuşa, Sumqayıt, Gəncə, Masallı, Xəzər, Bərdə və Sabirabad filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.
Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər – kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əmək haqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR






.png)









.jpg)



















